"I believe in you, I trust you, I trust you and I wish you success in this honorable work"
Heydar Aliyev
National leader of the Republic of Azerbaijan
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin tarixi və keçdiyi döyüş yolu
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti Azərbaycan Respublikasının Prezidentinin təhlükəsizliyinin təmin edilməsi, eləcə də qorunan obyektlərin mühafizəsi sahəsində səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır (Xüsusi Xidmət orqanıdır) . Xidmət birbaşa Azərbaycan Respublikasının Prezidentinə tabedir və öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, o cümlədən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi nizamnamələrini, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”ni və digər normative-hüquqi aktları rəhbər tutur. Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində xidmət edən hər bir hərbi qulluqçu öz üzərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edir və onu layiqincə yerinə yetirir.Xidmətimizin tarixi, əslində ilk Demokratik Cümhuriyyət dövründən başlanır. Belə ki, 18 fevral 1919-cu ildə Azərbaycan Demokratik Xalq Cümhuriyyətinin Parlamentinin 15-ci iclasında "Azərbaycan Parlamentinin Mühafizə Dəstəsi"nin yaradılması haqqında qanun qəbul edilmişdir. Qanunda Parlamentin ixtiyarında olan "Məclisi Məbusan Xassə Qoruyucu Bölüyü" yaradılmış, əvvəllər 1-ci Tatar Alayının rotmistri vəzifəsində xidmət etmiş podpolkovnik Nağı Əli-zadə Mühafizə Bölüyünün rəisi vəzifəsinə təyin edilmişdir.Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra isə mühafizə xidməti bir çox dəyişikliklərə uğrasa da, zəruri bir qurum kimi öz inkişafını davam etdirmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti 1931-ci ildən 1935-ci ilədək Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi, 1936-cı ildən 1972-ci ilə qədər Bakı şəhər İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu, 1972-ci ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyinin Partiya-Sovet Orqanlarını Mühafizə şöbəsi kimi fəaliyyət göstərmişdir. Nəhayət, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini ikinci dəfə əldə etdikdən sonra xidmət həmin ilin sentyabr ayının 25-dən dekabrın 5-dək Prezident Aparatı yanında Mühafizə İdarəsi kimi fəaliyyət göstərmiş, 05 dekabr 1991-ci ildən isə yenidən DİN-nin tərkibində Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi kimi fəaliyyətini davam etdirmişdir. 25 fevral 1992-ci ildə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tərkibində Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsinin bazasında Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi yaradılmışdır.Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin müasir tarixinin ən unudulmaz səhifələri də ulu öndərin adı ilə bağlıdır. 23 avqust 1993-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirən Heydər Əliyev Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə İdarəsi ilə 1991-ci ilin dekabr ayının 25-də yaradılmış Azərbaycan Respublikasının Milli Qvardiyası bazasında Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsinin yaradılması haqqında 734 nömrəli Fərman imzalamış, 20 sentyabr 1993-cü il tarixli 770 nömrəli Fərmanı ilə Baş Mühafizə İdarəsinin Əsasnaməsini və strukturunu təsdiq etmişdir.Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti digər xüsusi xidmət orqanları ilə müqayisədə gənc olmasına baxmayaraq, şanlı döyüş yolu keçmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında Xidmətin hərbi qulluqçuları şərəflə iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmişlər. Torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə Xidmətinin hərbi qulluqçularından 13 nəfəri şəhid olmuş, 21 nəfəri itkin düşmüş, 55 nəfəri isə yaralanmışdır. Yaralanan hərbi qulluqçularımızdan 15 nəfəri əlil olmuşdur. Xidmətin hərbi qulluqçusu - Milli Qvardiyanın Alay komandiri Əfqan Qaraxan oğlu Hüseynov göstərdiyi igidliyə görə Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli Fərmanı ilə (ölümündən sonra) Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş, çavuş Hacəliyev Camal Şakiroviç isə (ölümündən sonra) "Hərbi xidmətə görə" medalı ilə təltif olunmuşdur. Milli Qvardiyada Əfqan Hüseynovun büstünün açılışı mərasimində ulu öndər Heydər Əliyev özü iştirak etmişdir.1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında ölkəmizdə müəyyən qüvvələr sabitliyi pozmaq, dövlət çevrilişi etmək kimi çirkin niyyətlərə əl atmışdırlar. Böyük qürur hissi ilə deyə bilərik ki, bu mənfur niyyətlərin qarşısının alınmasında, gənc dövlətçiliyimizin qorunmasında Xidmətin bütün şəxsi heyəti böyük cəsarət nümayiş etdirərək, öz Prezidentinə, xalqına, Vətəninə sadiq olmuş, o ağır, mürəkkəb günlərdə layiqli və qüsursuz xidmətlər göstərmişdir. Azərbaycan Respublikasının Konstitusion Dövlət quruluşunun müdafiəsində, dövlət əhəmiyyətli mühüm obyektlərin qorunmasında xüsusi xidmətlərinə görə Xidmətin bir sıra hərbi qulluqçuları orden və medallarla təltif edilmişlər.Respublikada baş verə biləcək terror aktlarının qarşısının alınmasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin xüsusi rolu vardır. 1993-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin sədri, Prezident səlahiyyətlərini həyata keçirən cənab Heydər Əliyev işə gedərkən telestudiya istiqamətində xarici ölkə vətəndaşı tərəfindən snayper silahı ilə ona qarşı hazırlanan suiqəsdin dəf edilməsində, 1995-ci ildə “Sabunçu” körpüsünün üstündə Azərbaycan və Ukrayna Prezidentlərinin birgə hərəkət etdikləri kortejin partladılması cəhdinin qarşısının alınmasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin xüsusi fəaliyyəti olmuşdur. 1997-ci ildə “Cavanşir” körpüsünün (keçmiş “Qaqarin” körpüsü) altında Milli Qvardiyanın əsgərləri tərəfindən baxış keçirilərkən qumbaranın aşkar edilməsi, eləcə də Bakı İdman Sarayında (keçmiş Əl Oyunları Sarayı) keçirilən tədbirdən əvvəl texniki yoxlama zamanı mütəxəssislərimiz tərəfindən partlayıcı qurğunun tapılaraq zərərsizləşdirilməsi nəticəsində planlaşdırılmış terror aktlarının qarşısı alınmışdır. Bütün bu fəaliyyət ona görə uğurlu olmuşdur ki, ulu öndər Heydər Əliyev daim Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin həyatı ilə yaxından maraqlanmış, ona etibar etmiş, böyük etimad göstərmiş və dəfələrlə öz çıxışlarında Xidmətimizin şəxsi heyətinə inandığını, arxalandığını bildirməklə yanaşı, həm də dəyərli məsləhətlər, tövsiyyələr vermiş, tələblərini söyləmişdir.Azərbaycan Respublikasının Prezidentinin 6 may 2002-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti adlandırılmış, cənab Prezidentin 31 may 2003-cü il tarixli 872 nömrəli Fərmanı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin yeni Əsasnaməsi təsdiq edilmişdir. 31 may 2003-cü il tarixli 873 nömrəli Fərmanı ilə ulu öndər böyük etimad göstərərək Azərbaycan iqtisadiyyatının şah damarı olan ixrac neft və qaz boru kəmərlərinin mühafizəsini də Xidmətimizə tapşırmış və bu məqsədlə Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibinda İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsi yaratmışdır. İdarə Azərbaycanın quru ərazisində Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Cənubi Qafqaz ixrac qaz boru kəmərinin, Bakı-Supsa ixrac neft boru kəmərinin, Bakı-Novorossiysk ixrac neft boru kəmərinin, Cənub Qaz Dəhlizinin və onların ifrastruktur obyektlərinin etibarlı mühafizəsini təmin etmişdir.2003-cü ildə Azərbaycan xalqı bir daha ulu öndərin siyası kursuna inamını və sadiqliyini nümayiş etdirərək, oktyabr ayının 15-də keçirilən Prezident seçkilərində Heydər Əliyevin layiqli davamçısı İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçmişdir. Bütün sahələrdə olduğu kimi, cənab İlham Əliyevin rəhbərliyi altında, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin fəaliyyətində quruculuq işləri daha sürətlə davam etdirilir. Cənab İlham Əliyev tərəfindən 2005-ci ilin oktyabr ayında Hərbi şəhərciyimizin açılışı zamanı "Azərbaycan tarixinin ən çətin anlarında, 1994-1995-ci illərdə Xüsusi Dövlət Mühafizə Xidməti ulu öndər Heydər Əliyevi qorudu, onun mühafizəsini təmin etdi və beləliklə Azərbaycan dövlətçiliyinin müstəqilliyini qorudu" söyləməsi Xidmətimizin hər bir əməkdaşının fəaliyyətinə verilən ən yüksək qiymət idi.Xidmətimiz respublikada rabitə və informasiya texnologiyaları sahəsində öz yerini tapmış, ən müasir texnologiyaları tətbiq edərək dövlət orqanları üçün telekommunikasiya sistemləri yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 sentyabr 2012-ci il tarixli 708 saylı Fərmanına əsasən Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi yaradılmışdır. Agentlik dövlət orqanları üçün xüsusi dövlət rabitəsini, Prezident rabitəsini, xüsusi təyinatlı informasiya-telekommunikasiya sistemlərini və şəbəkələrini, idarələrarası elektron sənəd dövriyyəsini, dövlət orqanlarının internet şəbəkəsi ilə əlaqəsini, onların internet informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin edən, dövlət orqanlarının informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqini həyata keçirən, dövlət mühafizəsi obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyini etmək məqsədilə xüsusi texniki tədbirləri hazırlayıb müvəffəqiyyətlə həyata keçirmişdir.Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının yerləşdiyi binaların, tikililərin fiziki və texniki mühafizəsini, informasiya təhlükəsizliyini, habelə nümayəndəliklərdə çalışan işçi heyətinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 aprel 2013-cü il tarixli 854 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Diplomatik Nümayəndəliklərin Mühafizə İdarəsi yaradılmış, onun Əsasnaməsi və ştat strukturu təsdiq olunmuşdur.Ovçuluğun və ovçuluq təsərrüfatlarının təşkilində, istifadəsində olan ovçuluq təsərrüfatlarının inkişaf etdirilməsi, onların qorunub saxlanılması, orada ovçular və balıqçılar üçün müəyyən xidmətlərin təşkil olunması, habelə ona təhkim olunmuş ərazilərdə brakonyerliyin qarşısını almaq üçün və orada mövcud olan vəhşi heyvanların yaşayış mühitinin qorunmasına və yaxşılaşdırılmasına yönəldilən kompleks tədbirlərinin həyata keçirilməklə yanaşı, Azərbaycanda ovçuluq turizminin, habelə ovçulara xidmətlərin təşkili və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyul 2013-cü il tarixli 3017 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyində "Hərbi Ovçuluq İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyət yaradılmışdır.Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının xüsusi əhəmiyyətli, tam məxfi, məxfi və digər xidməti korrespondensiyalarının, eləcə də diplomatik və digər göndərişlərin Azərbaycan Respublikasının ərazisində və onun hüdudlarından kənarda müvafiq ünvanlara çatıdırılmasını təmin olunması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 fevral 2017-ci il tarixli 1227 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin tərkibində Feldyeger Rabitəsi İdarəsi yaradılmışdır.Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16.03.2020-ci il tarixli 957 nömrəli Fərmanına əsasən Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilərək onun əsasında Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılmışdır. Şəxsi heyətin döyüş və ictimai-siyasi hazırlığı təsdiq olunmuş xüsusi proqram əsasında həyata keçirilir. Bu proqram beynəlxalq antiterror təşkilatlarının döyüş təcrübəsini nəzərə almaqla hazırlanmışdır. Bu məqamda ulu öndər Heydər Əliyevin müdrik sözlərini xatırlamaq yerinə düşərdi: "Sizin vəzifələriniz mürəkkəbdir. Onları layiqincə yetirmək üçün birinci növbədə peşəkarlığınızı və biliyinizi gündən-günə artırmalısınız, dünya təcrübəsini, başqa ölkələrin mühafizə orqanlarının, qvardiyaların işini öyrənməlisiniz. Öz fəaliyyətinizi müasir dünyanın müvafiq orqanlarının peşəkarlıq səviyyəsinə qaldırmalısınız". Biz fəxrlə deyə bilərik ki, bu gün Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində qarşıda qoyulan bütün tapşırıqları yerinə yetirməyə hazır olan sədaqətli hərbi qulluqçular xidmət edir.
More
Latest news
11.06.2024-cü il tarixdə Narkoloji Mərkəzinin direktoru həkim-narkoloq Fəzail Sadıqovun “Zərərli vərdişlərin insan orqanizminə vurduğu ziyan" mövzusunda mühazirəsi təşkil edilmişdir.
11.06.2024-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində şəxsi heyətin iştirakı ilə “Narkomanlığa ve narkotik vasitələrin qanunsuz dövriyyəsinə qaşı mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü ilə dair iş Planı” nın icrası olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktoru həkim-narkoloq Fəzail Sadıqovun “Zərərli vərdişlərin insan orqanizminə vurduğu ziyan" mövzusunda mühazirəsi təşkil edilmişdir. Sonra məruzəçi şəxsi heyəti maraqlandıran suallara cavab vermişdir.
14.06.2024
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun 23 may 2024-cü il tarixdə rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun 23 may 2024-cü il tarixdə rəsmi qarşılanma mərasimi olub.Tacikistan Prezidentinin şərəfinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Fəxri qarovul dəstəsi düzülmüşdü.Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonu qarşıladı.Fəxri qarovul dəstəsinin rəisi polkovnik-leytenant Eldar Quliyev Tacikistan Prezidentinə raport verdi.Prezident İlham Əliyev və Prezident Emoməli Rəhmon fəxri qarovul dəstəsinin qarşısından keçdilər.Tacikistan Prezidenti Azərbaycan əsgərlərini salamladı.Tacikistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun qarşısından keçdi.
04.06.2024
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun 16 may 2024-cü il tarixdə rəsmi qarşılanma mərasimi olub.
Azərbaycan Respublikasına dövlət səfərinə gələn Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun 16 may 2024-cü il tarixdə rəsmi qarşılanma mərasimi olub.Belarus Prezidentinin şərəfinə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin Milli Qvardiyasının Fəxri qarovul dəstəsi düzülmüşdü.Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşıladı.Fəxri qarovul dəstəsinin rəisi polkovnik-leytenant Eldar Quliyev Belarus Prezidentinə raport verdi.Belarus Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun qarşısından keçdi.
22.05.2024